AZ

Ancelina Coli özünə yeni sevgili tapdı, oteldə gizli görüşdü

Hollivud aktrisası Ancelina Coli sevgilisi olduğu iddia edilən britaniyalı reper Akala ilə oteldə gizli görüşüb. 

Demokrat.az
xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Ulduzlara yaxın bir mənbə bildirib ki, Akala keçən həftə Ancelina Colinin qaldığı Londondakı "The Corinthia" otelinə gəlib. Mənbənin sözlərinə görə, reper və aktrisa iki gün oteldə qalıb, daha sonra "Soho House" restoranında şam yeməyinə gediblər.

"Cütlük çərşənbə və cümə axşamı gecələrini oteldə birlikdə keçirdilər və ayrılmadılar. Akala cümə günü Britaniya Film Festivalında yeni filminin premyerasına bir neçə saat qalmış Ancelinanın maşınlarından biri ilə oteldən ayrılıb. Onlar münasibətlərini gizli saxlamaq üçün ayrı-ayrı avtomobillərdən və gizli girişlərdən istifadə edirlər", deyə mənbə bildirib.

Bundan əvvəl Ancelina Colinin 68-ci London Film Festivalında premyeradan sonra reper Akala ilə görüntüləndiyi bildirilirdi. 

Ancelina Colinin altı övladı var: oğulları Maddoks Sivan, Paks Tyen və Knoks Leon, qızları Zahara Marli, Şilo Nouvel və Vivyen Marçeline. Onların hamısı əvvəlcə Coli-Pit soyadını daşıyırdı, baxmayaraq ki, yalnız üçü - Şilo, Knoks və Vivyen - Ancelina və Bred Pitin bioloji övladlarıdır. 19 sentyabr 2016-cı ildə Coli Bitdən boşanma üçün ərizə verib, lakin rəsmi olaraq proses yalnız 2019-cu ildə yekunlaşıb. 

Jalə
Demokrat.az
Seçilən
11
demokrat.az

1Mənbələr