AZ

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər son oxunuşda təsdiqləndi - cərimələnə bilərsiniz! 

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər üçüncü oxunuşda parlamentin müzakirəsinə çıxarılıb.

Sözügedən dəyişikliklər məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə cərimələrin artırılmasını nəzərdə tutur.

Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir. Yeni layihəyə əsasən isə, fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə ediləcək.

Eyni xətanın bir il ərzində təkrar törədilməsi halında, fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 1500-2000 manat arasında cərimə olunacaq və ya şəxsiyyətinə və xətanın hallarına görə 60-100 saat ictimai işlərlə cəzalandırıla bilər. Hüquqi şəxslərə isə bu halda 5000-7000 manat cərimə tətbiq olunacaq./Musavat.com

Seçilən
8
3
referans.az

5Mənbələr