"İnsan nə qədər təbiətə mənfi yanaşsa da, təbiət onu yedirdir, içirdir, resurslarını verir".Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "COP29- Yaşıl Strategiy, İqlim dəyişikliyi və Sosial Elmlər: Çağırışlar, Vəzifələr" mövzusunda keçirilən dəyirmi masada deyib.O qeyd edib ki, nəhayət bu halda insan eqosu elə bir səviyyəyə gəlir ki, o da texnogen cəmiyyətin yaranmasına gətirib çıxarır."BMT-nin ixtisaslaşmış strukturlarının hesablamalarına görə, əgər atmosferə tullantılar, istiləşmə və bu proseslər iqtisadi artıma nail olmaq baxımından eyni qaydada davam etsə 150-200 il sonra nəinki insan cəmiyyəti, o cümlədən həşəratlar, heyvanlar yer üzündə məhv olub gedəcək. Bu çox məyusedici haldır".Leyla SƏMƏNDƏRMissiya.Az