AZ

AFFA rəsmisi Avropa çempionatının pley-off mərhələsinə təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"İki sahil" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsində keçiriləcək Gürcüstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Seçilən
9
9
ikisahil.az

10Mənbələr