AZ

Keçmiş prezident 20 il müddətinə azadlıqdan məhrum edilib

Peru məhkəməsi sabiq prezident Alejandro Toledonu Braziliyanın Odebrecht tikinti korporasiyasından rüşvət aldığına görə 20 il 6 ay həbs cəzasına məhkum edib, Reuters xəbər verir.

Müstəntiqlərin fikrincə, Odebrecht Braziliya və Peru arasında magistralın iki hissəsinin tikintisinə dair müqavilənin alınmasında köməklik göstərmək müqabilində Toledoya 35 milyon dollar rüşvət verib. İstintaq zamanı Braziliya şirkəti Latın Amerikası və ABŞ-da məmurlara rüşvət verdiyini etiraf edib.

Məhkəmə bir il davam edib və bu müddət ərzində siyasətçi çirkli pulların yuyulması və sui-qəsd ittihamlarını rədd edib.

Toledo 2001-2006-cı illərdə Perunun prezidenti olub. O, Odebrecht korrupsiya işində əli olan dörd keçmiş Perunun prezidentlərindən biridir. .

Elə həmin il Toledo Kaliforniyanın Menlo Parkdakı evində həbs olundu. O, 2020-ci ildən ev dustaqlığındadır. 2023-cü ilin yazında siyasətçi vətəninə ekstradisiya üçün ABŞ federal orqanlarına təslim oldu.

Oxuməni.az

Seçilən
9
oxumeni.az

1Mənbələr