Ötən gecə Ucarda baş vermiş dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.
Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində olub.
Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobil öndə gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” tamamilə yanıb.
Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri - 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.
10Mənbələr
-
7news.azMeyxanaçı və 2 qadın faciəvi şəkildə öldü - FOTOLAR ( 12275752)
-
medianews.azMeyxanaçı və 2 qadın faciəvi şəkildə öldü – FOTOlar ( 12275533)
-
moderator.azAzərbaycanda FACİƏ: Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO ( 12274651)
-
titul.azMeyxanaçı 2 qadınla birgə faciəvi şəkildə öldü - FOTOlar ( 12270730)
-
turanpress.comMeyxanaçı və iki nəfər yanaraq öl*dü ( 12267964)
-
bizimshow.azAzərbaycanda DƏHŞƏT: Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO ( 12267043)
-
demokrat.azMeyxanaçı və 2 qadın yanaraq öldü — FOTOLAR ( 12266470)
-
mia.azMeyxanaçı maşında yanaraq ölüb ( 12266227)
-
olaylar.azAzərbaycanda dəhşətli qəza: tanınmış meyxanaçı və iki nəfər yanaraq öldü ( 12265951)
-
azreform.infoMeyxanaçı və 2 qadın yanaraq öldü - Foto ( 12265777)