AZ

COP29 ərəfəsində yerli hotellər üçün dayanıqlılıq təlimləri keçirilir

COP29

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti Dövlət Turizm Agentliyi və Azərbaycan Hotel Assosiasiyası ilə birgə dayanıqlılıq səriştələrinin artırılması istiqamətində işləri davam etdirir. Ölkəmizdə fəaliyyət göstərən hotellərin əməkdaşları müvafiq təlimlərə cəlb olunub.

Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış dayanıqlılıq təlimatları əsasında tərtib olunmuş və Əməliyyat Şirkətinin müvafiq departamentlərinin mütəxəssisləri tərəfindən keçirilən təlimlər yerli hotel sektorunun dayanıqlılıq sahəsində potensialının artırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib. Təlimlər Bakı, Abşeron və Sumqayıt ərazilərində fəaliyyət göstərən hotelləri əhatə edib.

Məqsəd qonaqpərvərlik sektorunda vəzifələrin düzgün icrasına, yerli hotellərin yüksək təhlükəsizlik standartlarına, eləcə də inklüzivlik və müyəssərlik prinsiplərinə uyğun fəaliyyətinin təşkilinə dəstək göstərməkdir.

Qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin hotel və qonaqlama sektoru üzrə hazırladığı dayanıqlılıq təlimatları özündə ən qabaqcıl beynəlxalq təcrübələri birləşdirir. Bu sənəd resursların məsuliyyətli idarə olunmasını təşviq etmək, yerli iqtisadiyyatı dəstəkləmək və inklüzivliyi təmin etmək, bununla da müsbət ekoloji, sosial və iqtisadi nəticələrə nail olmaq kimi məsələləri ehtiva edir. Təlimatda inklüzivliyin təmin olunması məqsədilə hotelin girişdən başlamış otaqlar da daxil olmaqla bütün infrastrukturunun və xidmətlərin bütün qonaqlar üçün müyəssər və əlçatan olması əsas prioritetlərdən biri kimi qeyd edilir.

Təlimat, həmçinin daşınma-nəqliyyat sahəsində karbon emissiyasını azaltmaq üçün yerli biznes və təchizatçılarla əməkdaşlığı təşviq edir. Bu çərçivədə enerji istehlakına qənaət etmək üçün müvafiq infrastruktur və təcrübələrin tətbiqini tövsiyə edir. Bundan əlavə, müvafiq sənəd karbon ayaq izinin azalması istiqamətində müvafiq tövsiyələr, su kimi qiymətli resursu qorumaq üçün qənaətcil qurğu və texnoloji innovasiyaların tətbiqini, həmçinin plastik də daxil olmaqla müxtəlif tullantıların yaranmasının minimuma endirilməsini və təkrar emal prosesində səmərəli idarəetmə sisteminin inkişafını nəzərdə tutur.

 

Seçilən
10
13
azertag.az

10Mənbələr