AZ

İsrail İrana casusluqda ittiham olunan daha 7 vətəndaşını həbs edib

İsrail polis avtomobillərinə zərər vermək, onları yandırmaq, qrafiti yazmaq, qumbara və digər hərbi sursat almaq ittihamı ilə 7 nəfəri həbs edib.

Olaylar xəbər verir ki, İsrail polisi şərqi Qüdsün yeddi sakinini İranın xeyrinə casusluqda şübhəli bilərək həbs edib.

Bildirilib ki, yeddi nəfər Şərqi Qüdsün Beyt Səfafa məhəlləsindən olan 17-23 yaş arasında gənclərdir.

Bu həbslər ötən gün səhərki həbslərə əlavədir.

Qeyd edək ki, ötən gün İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs etmişdi. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
6
olaylar.az

7Mənbələr