AZ

“Qarabağ” – “Ayaks” matçının hakimləri açıqlandı

UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək oyunların hakimləri bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” – “Ayaks” (Niderland) matçının hakimləri açıqlanıb. Görüşü şotlandiyalı baş hakimi Nikolas Uolş idarə edəcək. Ona Qraeme Stevart və Kalum Spence köməklik göstərəcək. Dörtdüncü hakim funksiyasını Kristofer Qraham yerinə yetirəcək. 

Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Seçilən
7
9
idmanxeber.az

10Mənbələr