AZ

Hizbullah Təl-Əvivə raket atdı

Hizbullah İsrailin paytaxtı Təl-Əviv və ətrafına raketlərlə hücuma keçdiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Hizbullah tərəfindən edilən yazılı açıqlamada İsrail Hərbi Kəşfiyyatının 8200 saylı Təl-Əviv ətrafında yerləşən Glilot bazasının raket atəşi ilə bombalandığı bildirilib.

Açıqlamada, sözügedən hücumun “Qəzza zolağında qətiyyətli Fələstin xalqına və onların şərəfli müqavimətinə dəstək olmaq, Livan və xalqını müdafiə etmək, İsrailin həyata keçirdiyi hücum və qırğınlara cavab olaraq həyata keçirildiyi vurğulanıb."

İsrail mətbuatının məlumatına görə, İsrail ordusu Livandan ölkənin müxtəlif bölgələrinə 20 raket atıldığını, raketlərin bir hissəsinin İsrail hava hücumundan müdafiə sistemi "dəmir günbəz" tərəfindən məhv edildiyini, bəzilərinin isə boş ərazilərə düşdüyünü açıqlayıb.

Yerli mətbuatın məlumatına görə, hücumlar nəticəsində ölən və yaralanan olmayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
4
2
turkustan.az

3Mənbələr