AZ

Böyük Britaniya və Almaniya Estoniya və Litvada “tarixi müdafiə paktı” imzalamağı planlaşdırır

Bu həftə Böyük Britaniya və Almaniya Rusiya sərhədi yaxınlığında (ehtimal ki, Estoniya və Litvada) birgə hərbi təlimlər keçirməyə imkan verən “tarixi müdafiə paktı” imzalamağı planlaşdırır.

Berlinlə razılaşma Londonda Avropa İttifaqı ilə geniş əsaslı təhlükəsizlik və müdafiə paktına doğru ilk addım kimi qiymətləndirilir.

Ölkələr arasında yeni müqavilənin imzalanması daha böyük miqdarda silahların birgə tədarükü və istehsalı üçün imkanlar yaradacaq. "The Sunday Times"ın qeyd etdiyi kimi, bu, dövlətlərə Ukraynaya hərbi yardım göstərilməsi səbəbindən çətinliklərlə üzləşən müdafiə sənayelərini gücləndirməyə imkan verəcək.

Ülviyyə, Hurriyyet.az

Seçilən
7
hurriyyet.az

1Mənbələr