AZ

“Quru ağacların kəsilməsi bəzən illərlə vaxt alır” – Deputat

“Quru ağacların kəsilməsi ilə bağlı müraciət və yerinə yetirilməsi arasında bəzən aylar və illər keçir. Səbəb isə prosedurların keçirilməsi, ekspertizaların aparılması, analizlərin götürülməsi və laboratoriyalarda yoxlanılmasıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin oktyabrın 22-də keçirilən iclasında deyib.

O bildirib ki, quru ağacların vaxtında kəsilməməsinə görə xeyli vətəndaşlara ziyan dəyib:

“Quru ağac vətəndaşın yaşadığı evini zədələyib, avtomobilinə ciddi ziyan vurub. Quru ağacların kəsilməsi ilə bağlı müraciət və icra arasında olan zamanın iki-üç dəfə azaldılmasını xahiş edirəm. Ümid edirəm ki, aidiyyəti dövlət qurumları da bununla bağlı mövcud durumu və məlumatı təqdim edəcəklər”.

Günay Şahmar, Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr