AZ

Bakıda bəzi yollara məhdudiyyət tətbiq edilib – SİYAHI

Hazırda Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib, bir neçə yolda isə avtomobil sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi əməkdaşları ilə birgə tədbirlər görürlər.

Məhdudiyyət tətbiq edilən yollar:

1. Qara Qarayev prospekti, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, Bakı Olimpiya Stadionunun qarşısından, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, Heydər Əliyev Mərkəzinin qarşısı, “Koroğlu” m/st istiqamətində;
5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Sıxlıq olan yollar:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
10. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
11
49
7times.az

10Mənbələr