Bu gün keçiriləcək ilk turun oyunları ilə futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünə start veriləcək.
Arena.az xəbər verir ki, ilk turun bütün oyunları “Olimpik Star”da keçiriləcək və eyni gündə baş tutacaq.
Mövsümə ötən çempionatın gümüş və qızıl medalçılarının qarşılaşması ilə start veriləcək. Mərkəzi matçı FİFA referiləri idarə edəcəklər.
Yüksək Liqa
1-ci tur
22 oktyabr
14:30. Baku Fire – Araz-Naxçıvan
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
16:15. Şuşa – Neftçi İK
Hakimlər: Knyaz Əmiraslanov, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
18:00 U-19 – Yasamal Bakı
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.