AZ

Makron da Azərbaycanla əməkdaşlığı təklif edəcək - Siyavuş Novruzov

"Dünyanın bir çox dövlətləri artıq başa düşüb ki, Azərbaycanla əməkdaşlıq etmək lazımdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov  deyib.

S.Novruzov qeyd edib ki, Azərbaycanın apardığı qlobal siyasət, böyük tədbirlərin ölkəmizdə keçirilməsi onun dünyada önəmli rola malik olduğunu sübut edib. 

"Mən düşünürəm ki, Makron da bunu başa düşəcək və gələcəkdə o da məktub göndərərək Azərbaycan və başqa türk dövlətləri ilə əməkdaşlığı təklif edəcək".

Mina Mikayılova

Seçilən
10
bakivaxti.az

1Mənbələr