AZ

STM-in sədr müavini: COP29 dünyanın xilası naminə mühüm əhəmiyyətə malik olacaq

Azərbaycanda keçiriləcək COP29 dünyanın xilası naminə mühüm əhəmiyyətə malik olacaq.

“İki sahil” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədr müavini professor Tahirə Allahyarova STM və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dəyirmi masada deyib.

O bildirib ki, Azərbaycanın iqlim maliyyə fondu yaratmaq təşəbbüsü mühüm əhəmiyyətə malikdir: "Bu fond yaradılsa, biz nəticə yox, səbəblərlə mübarizə aparacağıq".

Professor söyləyib ki, dünya erməniləri Azərbaycanın uğurlarını həzm etmək istəmir və müxtəlif yollarla bu nəticələrə kölgə salmağa çalışırlar: "Fransa kimi himayədar ölkələr də bu məsələdə ermənilərə kömək edir. Xüsusilə, qeyd etmək istərdim ki, bəzi mərkəzlər, o cümlədən elmi mərkəzlər sifarişlə Azərbaycan əleyhinə yazılar yazır, qarayaxma ilə məşğul olurlar".

Seçilən
18
ikisahil.az

1Mənbələr