AZ

Rüşvət alan eks-prezident 20 il azadlıqdan məhrum edildi

Peruda ölkənin keçmiş prezidenti Alejandro Toledo Braziliyanın tikinti nəhəngi "Odebrecht" ilə bağlı korrupsiya işi üzrə 20 il 6 ay həbs cəzasına məhkum edilib.

"Unikal" xəbər verir ki, bu barədə AP məlumat yayıb. 

Bildirilir ki, Peru hakimiyyəti Toledonu Cənubi Amerika ölkəsində avtomobil yolunun tikintisinə icazə müqabilində "Odebrecht" şirkətindən 35 milyon dollar rüşvət almaqda ittiham edib.

İttihamnamədə Toledonun "Odebrecht" nümayəndələrindən Braziliyanı Peru ilə birləşdirən 650 kilometrlik avtomobil yolunun tikintisi üçün müqavilə qarşılığında 35 milyon dollar aldığı bildirilib. 

Ölkənin paytaxtı Limadakı Ali Milli İxtisaslaşdırılmış Cinayət Ədliyyə Məhkəməsi 2001-2006-cı illərdə Peruya rəhbərlik etmiş Toledonun ABŞ-dən ekstradisiya edilib-edilməməsi də daxil olmaqla, uzun illər davam edən hüquqi mübahisələrdən sonra hökm çıxarıb.

Gülayə Mecid 

 

Seçilən
4
unikal.az

1Mənbələr