OlaylarBu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Prezident artıq Kazandadır", - Kreml nümayəndəsi TASS ilə söhbətində deyib.
Onun sözlərinə görə, dövlət başçısı BRİKS sammitinin iştirakçıları ilə bir sıra ikitərəfli görüşlərə başlayacaq, axşam isə nümayəndə heyətlərinin rəhbərləri üçün qeyri-rəsmi şam yeməyi olacaq.
"Cədvəldə heç bir dəyişiklik yoxdur, hər şey plan üzrədir", - deyə mətbuat katibi əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31