AZ

Simonyan parlamentdə "Qarabağ Azərbaycandır" dedi

Ermənistan parlamentində sədr Alen Simonyanla müxalifətçi daşnak deputat Qeqam Manukyan arasında mübahisə yaranıb.

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, mübahisə zamanı Simonyan parlament tribunasından Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bildirib.

Manukyan isə ona "Siz o tezisi haradan götürmüsüz ki, Azərbaycanın Artsaxa hücum etmək hüququ vardı və BMT-nin qətnamələri buna icazə verirdi” deyə sual edib.

Simonyan isə ona cavabında “Mən başa düşürəm ki, hər sözdən yapışıb onun üzərində tezislər qura, nəyisə sübut etməyə çalışa bilərsən, amma fakt faktlığında qalır" deyib.

"Bəhs etdiyimiz bu ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu belədir”, - deyə Ermənistan parlamentinin spikeri vurğulayıb.

Zaur, BakuPost
Seçilən
6
bakupost.az

1Mənbələr