AZ

Ermənistan  Azərbaycana kompensasiya ödəməlidir - Deputat

“Bu gün Avropa Parlamenti Azərbaycandakı insan hüquqlarının vəziyəti ilə bağlı məsələni müzakirə edəcək. Amma  son 30 ildən artıq  müddətdə  Ermənistan tərəfindən  Azərbaycana qarşı həyata keçiirlən işğalçılıq siyasəti nəticəsində  hərbi cinayətlərə törədilməklə yanaşı,  vətəndaşlarımızın hüququ kobud surətdə pozulub. Avropa Parlamenti Ermənistanın  Azərbaycan vətəndaşlarına qarşı pozulmuş hüquqlarını və həyata keçirdiyi cinayəti müzakirə etməlidir, amma biz yenə də  Qərbin ölkəmizə qarşı ikili standartın şahidi olmaqdayıq”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki,  beynəlxalq  praktikada da hər hansı bir ölkə  hərbi münaqişə nəticəsində başqa bir ölkəyə vurduğu ziyana görə məsuliyyətə cəlb olunması barədə yetərincə faktlar var. “İstər Almaniyanın İkinci Dünya Müharibəsindən sonra, istər İraq-İran müharibəsi zamanı müharibə cinayəti törədən tərəfi  beynəlxalq  məhkəmə tərəfindən məsuliyyət cəlb olunaraq   cinayət törətdiyi tərəfə kompensasiya ödəməli olub. Odur ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə görə kompensasisya  ödənməsi məsələsi qaldırılmalıdır”, - o qeyd edib.

Mürtəza
Ölkə.Az

Seçilən
14
olke.az

1Mənbələr