AZ

“Bu halda sülh müqaviləsi necə imzalana bilər?”

“Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Hal-hazırda Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir. Bəs belə olan halda, sülh müqaviləsi necə imzalana bilər?”

“Qafqazinfo” xəbər verir ki, bunu vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

“Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını alan onların öz Konstitusiyasıdır. Çünki Ermənistan Konstitusiyasında və müstəqillik aktında “Dağlıq Qarabağ Ermənistan ərazisidir.

Alayarımçıq sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Müstəqillik aktından və konstitusiyasından “Dağlıq Qarabağ Ermənistanın ərazisidir” ifadələri çıxarılmadığı halda sülh müqaviləsi imzalana bilməz. Azərbaycan Prezidentinin bu məsələdə mövqeyi Azərbaycan xalqının mövqeyinə uyğundur”, - deyə Z.Əsgərov bildirib. 

Seçilən
7
9
herbiand.az

4Mənbələr