AZ

Bakıda məktəbin hasarı aşdı, avtomobillərə ziyan dəydi - VİDEO

Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli məktəbin hasarı intensiv yağan yağış nəticəsində aşıb.

Redaktor.az xəbər verir ki, məktəbin hasarı yola aşıb. Daş hasar həm yolu bağlayıb , həm də iki avtomobili yararsız hala salıb.

Hasarı aşan 123 nömrəli məktəbin direktoru Sevinc xanım Mustafayeva Tribunainfo.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, məktəbin özü və hasarı qədimidir:

“Yaxşı ki, hadisə gecə baş verib. Həmin yol işlək yoldur, bizim uşaqlarımız o yolla məktəbə gedib-gəlirlər. Hadisə gündüz olsaydı nəticəsi daha ağır olardı. İki avtomobilə ziyan dəyib. Problemi aradan qaldırmağa çalışırıq. İcra hakimiyyətinə və bələdiyyəyə məlumat vermişik artıq”(Tribunainfo.az). 

 

Seçilən
10
1
redaktor.az

2Mənbələr