AZ

Keçəl olmaq istəmirsənsə...

Payızda saçların tökülməsi sürətlənir. Mütəxəssislərin fikrincə, saçların mütəmadi tökülməsinin səbəbləri çoxdur. Amma əsas səbəblərdən biri qeyri-sağlam qidalanma, orqanizmin immunitet qabiliyyətinin aşağı olması və vitamin çatışmazlığıdır.

Rusiyalı həkim–trixoloq Anna Potapenko saçı tökülənlərə qida rasionunu dəyişmək üçün tövsiyələr verib. Deyib ki, saç tökülməsi qanazlığı, stres, ağır xəstəlik və müxtəlif infeksiyalara yoluxmaq səbəbindən baş verə bilər. Əlbəttə, müalicə üçün həkimə getmək lazımdır. Amma təbii vasitələrlə – saça soğan suyu, istiot çəkməklə, möhkəmləndirici maskalar qoymaqla tökülməsinin qarşısını almaq az da olsa mümkündür.

Pasiyent evdə təbii ki, qidasını dəyişməklə saç tökülməsinə qarşı addım ata bilər. Tüklərin möhkəmliyi üçün ən yaxşı qidalar B qrup vitaminlər, E vitamini, biotin, dəmir və yağ turşularıdır. Ona görə, rasiona həftəlik bəzi qidalar daxil edilməlidir. Bunlar yumurta, kəsmik, pendir, yoqurt ola bilər. Eyni zamanda, göbələk, mərci, paxla, müxtəlif göyərtilər, tərəvəzlər, meyvələrdən alma, manqo, kivi və portağaldan istifadə edilməlidir. Qidaya, həmçinin yağlı balıq, toyuq və soyuq sıxım yağlar əlavə olunmalıdır. Bu tövsiyələr saç tökülməsinin qarşısının alınmasına kömək edə bilər.

Z.HÜSEYNLİ
XQ

Seçilən
2
xalqqazeti.az

1Mənbələr