AZ

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncədə avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində "Mercedes" markalı avtomobildən 480 manat dəyərində akkumulyator və 4 ədəd səsgücləndirici oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, məhkum olunmuş Kərim Məmmədov saxlanılıb.
Şübhəli şəxsin ətrafında davam etdirilən istintaq tədbirləri nəticəsində onun oktyabr ayının müxtəlif vaxtlarında bir neçə avtomobildən 2535 manat nağd pul və 1000 manata yaxın müxtəlif avtomobil aksesuarlarını oğurlaması məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Seçilən
3
1
oxu.az

7Mənbələr