AZ

Bina çökdü, ev sahibi uçqunda qaldı - Video - Yenilənib

Bu gün səhər saatlarında Bakıda uçqun baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Konkret.az-a Yasamal rayonu Abdulla Şaiq küçəsi, dalan 10 ünvanında yaşayan sakinlər məlumat veriblər.

Məlumata görə, iki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə səbəb olub.

Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Həmçinin əraziyə qaz və elektrik enerjisi verilişi dayandırılıb.

Vətəndaşlar bildirir ki, artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və ev sahibi uçqun altından çıxarılıb.

Sakinlər onu da qeyd edirlər ki, sözügedən ərazi söküntü zonasıdır və hətta uzun illər öncə bununla bağlı müvafiq sənədləri toplayıb aidiyyəti qurumlara təqdim ediblər.

***

Hadisə ilə bağlı FHN məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 156 ünvanında fərdi yaşayış evində uçqun baş verməsi nəticəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasedicilər çağırış üzrə cəlb olunub.

İkimərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinin uçması nəticəsində 1 nəfər vətəndaşın dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində 1957-ci il təvəllüdlü K.Nuriyeva dağıntı altından çıxarılaraq xilas edilib.

Seçilən
14
34
qafqazinfo.az

10Mənbələr