AZ

“Hizbullah” Təl-Əviv şəhərinə hücum edib

 

“Hizbullah” İsrailin paytaxtı Təl-Əviv və ətrafına raketlərlə hücum etdiklərini elan edib.

“Hizbullah” tərəfindən yayınlanan açıqlamada Təl-Əviv ətrafında yerləşən İsrailin hərbi kəşfiyyat birliyi olan 8200-ə bağlı Qlilot bazasının raket zərbələri ilə vurulduğu bildirilib.

Sözügedən hücumun "Qəzza zolağındakı qətiyyətli Fələstin xalqına və onların şərəfli müqavimətinə dəstək olmaq, Livanı və xalqını qorumaq, İsrailin həyata keçirdiyi hücumlara və qətliamlara cavab olaraq" həyata keçirildiyi vurğulanıb.

Yerli mediaya görə, İsrail ordusu Livandan ölkənin müxtəlif bölgələrinə 20 raket atıldığını, buraxılan raketlərin bəzilərinin İsrailin hava müdafiə sistemi "Dəmir günbəz" tərəfindən zərərsizləşdirildiyini, bəzilərinin isə boş sahələrə düşdüyünü açıqlayıb. Xəbər mənbələri hücumlarda ölən və ya yaralanan olmadığını söyləyib.



Seçilən
8
trt.net.tr

1Mənbələr