AZ

Vaynşteynə ağır xərçəng diaqnozu qoyuldu

Amerikalı prodüser Harvi Vaynşteynə həbsxanada xərçəng diaqnozu qoyulub. Bu barədə “New York Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaynşteynə sümük iliyi xərçənginin bir növü - xroniki miyeloid leykemiya diaqnozu qoyulub. İndi 72 yaşlı keçmiş prodüser Nyu Yorkdakı Rikers adasındakı həbsxana xəstəxanasında müalicə alır.

Vaynşteynin tibbi məsələlərinə cavabdeh olan Kreyq Rotfeld xəbərləri təkzib etməyə çalışıb.

“Bu cür məxfi tibbi məsələlərin ictimai müzakirə obyektinə çevrilməsi narahatedici və qəbuledilməzdir. Cənab Vaynşteynin şəxsi həyatına  hörmət edərək, əlavə şərh verməyəcəyik", - o qeyd edib.

Xatırladaq ki, "Vaynşteyn qalmaqalı" 2017-ci ildə 80-dən çox aktrisanın ona qarşı cinsi qısnama iddiaları səsləndirməsi ilə başlayıb. Bu açıqlamalar #MeToo hərəkatının katalizatoru oldu. 2020-ci ildə prodüser Nyu York məhkəməsi tərəfindən cinsi təcavüz ittihamı ilə 23 il həbs cəzasına məhkum edilib.

Tural

Seçilən
15
news365.az

1Mənbələr