AZ

Azərbaycanda tanınmış müğənninin evini su basdı - VİDEO

Müğənni Nadir Qafarzadənin yağış səbəbindən bina evinə su damıb.

Bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib.

"Bu da yağışın bizə xeyri. Bu da bizim ustalarımızın etdiyi təmir. Söymürəm, heç nə demirəm. Sağ olsunlar, evə vedrə qoymuşam. Belə şey yoxdur...Kənd evinə şükür. 18-ci mərtəbə və hamısı damır. Yağışımız da yağış deyil. Dünya xalqlarının yağışına oxşamır, özümüz kimidir. Axı, bu yağış bina evinə niyə damsın? Ustalardı da... Sizə nə deyim? Evdə əski qalmayıb, hamısını yığmışam pəncərəyə." deyə, Nadir bildirib.


"Cebheinfo.az"

Seçilən
6
36
cebheinfo.az

10Mənbələr