AZ

İKZF satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri alır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması üçün tender elan edib.

Valyuta.az xəbər verir ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcəkdir. Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.

Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 520 ədəd olmaqla, 1, 2, 3 və/ və ya 4 otaqlı olmalıdır.

Ehtimal olunan qiymət 157 000 000 manatdır.

Seçilən
10
4
valyuta.az

8Mənbələr