AZ

Sabunçuda iki nəfərin suda batdığı iddia olunur - VİDEO

Ötən gün səhər saatlarından Bakı şəhərinə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.

"AzPolitika" xəbər verir ki, Sabunçu qəsəbəsini şəhərlə birləşdirən tuneli su basıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, içərisində iki sərnişinin olduğu bir avtomobil tuneldə batıb.

Əraziyə Fpvqəladə Hallar Nazirliyinin əməkdaşlarının cəlb olunduğu bildirilir.

Seçilən
12
azpolitika.info

1Mənbələr