AZ

İraq müharibənin digər bölgələrə də yayıla biləcəyini açıqladı

İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, İsrailin Qəzza zolağı və Livana hücumları davam edərsə, bölgədə yeni münaqişələr yarana bilər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Hüseyn Avropa turnesi çərçivəsində getdiyi Xorvatiyanın paytaxtı Zaqrebdə baş nazir Andrej Plenkoviçlə görüşüb.

Görüşdə İsrailin Qəzza və Livana hücumlarına qarşı ortaq mövqe sərgiləmək üçün koordinasiyanın yaradılması məsələsi müzakirə edilib. Görüş zamanı Hüseyn Qəzza və Livanda müharibənin davam etməsinin digər bölgələrdə də yeni münaqişələrin yaranmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

İraqın xarici işlər naziri bəyan edib ki, bunun qarşısını almaq üçün İsrailə daha çox təzyiq göstərilməlidir. Hüseyn oktyabrın 16-da İrlandiya, Çexiya, Xorvatiya və Fransanı əhatə edən Avropa turnesinə çıxıb.

Seçilən
13
3
sia.az

4Mənbələr