AZ

«Neftçi»nin problemləri bu imiş… Samir Abasov bütün sirləri öyrəndi

«Neftçi»nin baş məşqçisi Samir Abasov ilk iş həftəsiylə bağlı təəsüratlarını klub rəsmiləri ilə bölüşüb.

İki illik aradan sonra komandanın sükanı arxasına dönmüş mütəxəssis futbolçuların psixoloji və fiziki durumunun qənaətbəxş səviyyədə olmaması qənaətinə gəlib.

O, komandanın ötən 4 ay ərzində gərinlik yaşamasını, oyunçulararası münasibətlərin pozulmasını qeyd edib.

Abasov bildirib ki, Roman Qriqorçukun kollektiv üzvləri arasında fərq qoyması, toplu məşqlərə az yer verməsi Premyer Liqanın ilk dövrəsində qələbə qazanılmamasının başlıca səbəblərindən biridir.

Çalışdırıcı mövcud problemlərin qısa zamanda tamamilə aradan qaldırmağın çətin olduğunu, bunu zamanla yoluna qoyacaqlarını söyləyib.

SPORTİNFO.AZ

Seçilən
15
sportinfo.az

1Mənbələr