AZ

AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq

AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 2022-ci ilin sonlarından akademiyada çoxşaxəli islahat və yeniləşmə hərəkatına start verilib: “Müasir dünyanın çağırışlarına, Azərbaycanda dövlət siyasətinin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji prioritetlərinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində müəyyən edilmiş yeni məqsəd, fəaliyyət istiqamətləri və vəzifələrə uyğun olaraq “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması zərurəti yaranıb”.

O qeyd edib ki, hazırlanacaq sənədin başlıca hədəfi qlobal tendensiyalar nəzərə alınmaqla, ilk növbədə Azərbaycanın strateji inkişaf kursu çərçivəsində onun tərəqqisinə ciddi elmi töhfələr verməkdən ibarətdir: “Burada ictimai-humanitar elmlər – fəlsəfə, tarix, filologiya, kulturologiya, folklor, sənətşünaslıq, siyasi elmlər və digər elm sahələri arasında əlaqələr yeni səviyyəyə yüksəldilməlidir. Başlıca prinsip azərbaycançılıq və müstəqil dövlətçilik olmaqla ölkənin dayanıqlı inkişafında elmin iştirakının artırılmasından ibarət olmalıdır”.

İclasda “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması məqsədilə müvafiq Komissiya və İşçi qrupu yaradılıb.

Seçilən
9
6
tehsil.biz

7Mənbələr