AZ

Bu universitetlərdə yağış tavandan içəri axdı – VİDEO

Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərdən də təsirsiz ötüşməyib. 

İntensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb. Akademiyada yağış suları tavandan içəri axıb.

Eyni vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda da baş verib. Yağış suları auditoriyadakı partaların üstünə tökülüb.

Busaat.az BAKU.WS-ə istinadən sözügedən görüntüləri təqdim edir:

***

Yağıntılı hava Xəzər Universitetində də bir sıra fəsadlara yol açıb.

Belə ki, universitetin yeməkxanasını su basıb.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Seçilən
6
26
busaat.az

10Mənbələr