AZ

"İkitəkər" qaldıran sürücü qəzaya düşdü: "Polis sürüşümü görsə həbs edəcək" - VİDEO

Yolda avtoxuliqanlıq edən sürücü ağır qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Beyləqan rayonunda baş verib.

Belə ki, 77-NF-526 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü "ikitəkər" qaldırmaq istəyən zaman idarəetməni itirərək yolun kənarındakı yük maşınına çırpılıb. Hadisə nəticəsində sürücü ağır bədən xəsarəti alıb.

Sosial şəbəkədə yayılan videogörüntüyə izləyicilər irad bildirən zaman, sürücü həmin vaxt 2-3 dəfə təkər qaldırdığını və sonuncu dəfə qəza törətdiyini bildirib. O hətta videonu tam şəkildə paylaşacağı halda həbs oluna biləcəyini də qeyd edib.

 

Fərid

Seçilən
18
avtosfer.az

1Mənbələr