Ötən gecə yağan intensiv yağış Heydər Əliyev prospektində Bağırov körpüsünün altını su ilə doldurub.
Turkustan.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, körpünün altı su ilə dolduğundan keçilməz olub. Hətta bir neçə avtomobil su altında qalıb.
Hazırda prospektdə nəqliyyatın hərəkəti dayandırılıb. Aidiyyatı qurumlar problemi həll etməyə çalışır.