AZ

BŞDYPİ: Yağış Bağırov körpüsü, “Komsomol dairəsi”, “Nargilə dairəsi”ndə çətinlik yaradıb

“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu “Komsomol dairəsi” və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb. Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, - deyə vurğulanıb.

Seçilən
15
10
xalqqazeti.az

10Mənbələr