AZ

Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib - FOTO

Ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması, avtomobillərdən atmosferə atılan zərərli tullantıların insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib.

Avtosfer.az-ın məlumatına görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.

Yol polisi əməkdaşları tərəfindən sürücülərin bir daha diqqətinə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir.

Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.

FOTO QALEREYA
Seçilən
17
avtosfer.az

1Mənbələr