AZ

Atasını və qardaşını yaralayıb diri-diri..

Türkiyədə narkotik vasitə əldə etmək üçün atasından pul istəyən K.Pekdemir mübahisə etdikdən sonra ata və qardaşını bıçaqlayıb.

News24.az xəbər verir ki, hücumdan sonra evi yandıran və hadisə yerindən qaçan şübhəli jandarm, xilasetmə qüvvələrinin müdaxiləsindən sonra yaxalanıb. Yanğın söndürülən zaman ata və oğulun cansız cəsədləri tapılıb.

Jandarma ifadəsində ziddiyyətli məlumatlar verən Pekdemir əvvəlcə "Bıçaqla öldürdüm", daha sonra "Tüfənglə vurdum" deyib.

Hadisənin baş verdiyi evdə Süleyman və Muhammet Pekdemirin birlikdə yaşadığı, Süleyman Pekdemirin həyat yoldaşından bir müddət əvvəl boşandığı, həyat yoldaşının isə şəhərin mərkəzində başqa oğlu ilə yaşadığı öyrənilib.

Qeyd edək ki, narkotik aludəçisi olan K.Pekdemirin atası ilə tez-tez pul üstündə mübahisə etdiyi iddia edilib.

Günel Məlikzadə


Seçilən
12
news24.az

1Mənbələr