AZ

Britni Spirs özü ilə evləndi!

Dünya pop səhnəsinin ulduzu Britni Spirs Sem Əsgəridən boşandıqdan bir il sonra gözlənilməz addım atıb.

OLAY yazır ki, sənətçi özü ilə evlənib. 

Britni təəccüb yaradan hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

Pop ulduz, gəlinlik libasında və başında fata ilə çəkdirdiyi videosunu izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

“Evləndiyim gün... Özümlə evləndiyim gün... Bilirəm ki, bu qəribə görünə bilər, amma bu, mənim indiyə qədər etdiyim ən parlaq işdir” 

Təsadüf olub-olmamasından asılı olmayaraq, mərasim pop-divanın Sem Əsgəri ilə rəsmi boşanmasından düz bir il sonra baş tutub. 

Görünür, bu yolla Spirs evlilik məsələlərinə son qoymaq qərarına gəlib. Axı, onun bütün əlaqələri, təəssüf ki, uğursuzluqla başa çatıb. Yeganə maraqlısı onun indiki cinayətkar sevgilisinin bu barədə nə düşünməsidir. Lakin onun özü, mətbuatda yazılanlara görə, bu yaxınlarda həyat yoldaşından boşanıb. Deməli, ailə qurmaq məsələsi yəqin ki, onu az maraqlandırır.

Seçilən
14
1
olay.az

2Mənbələr