AZ

"Megasport Azərbaycan" mədəni sərvətlərin qorunması üzrə tələbləri pozdu

"Megasport Azərbaycan" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 231.3-cü (Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 22 Oktyabr 2024, 08:19   
Seçilən
26
1
pravda.az

2Mənbələr