AZ

Universitetlər distant təhsilə keçməyə hazırdırmı?

Bakı. Trend:

Noyabrn 11-22 tarixlərində Bakıda keçiriləcək COP-29 iləəlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə,orta ixtisas və ali təhsil pillələrində distant formada təhsiləkeçid ediləcək. Nazirlər Kabinetinin “Birləşmiş MillətlərTəşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasının (COP29), KiotoProtokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və ParisSazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdəAzərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsilmüəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlərbarədə” qərarına əsasən, peşə, orta ixtisas və ali təhsil pillələriüzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü ilnoyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiqediləcək.

COP29 konfransının başlanmasına az bir müddətqaldığını nəzərə alsaq, universitetlərdə distant təhsilə keçidləbağlı hansı işlər görülüb?

Trend məsələ ilə bağlı universitetlərə sorğuünvanlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AZMİU) mətbuat katibi Nicat Abdullayev bildirib ki, universitetinbundan öncə onlayn təhsillə bağlı mütəşəkkil bir təcrübəsi var.

"COP29 konfransı zamanı təhsilin onlayn rejimə keçməsi ilə bağlıAZMİU-da müəyyən işlər görülüb. Bununla bağlı tələbələrməlumatlandırıb, kafedralara tapşırıqlar verilib. Noyabr ayının12-dən 22-dək universitetdə onlayn tədris təşkil olunacaq. Tədrisintəşkili ilə bağlı heç bir problem yoxdur, çatışmazlıqlar aradanqaldırılıb. Kompüteri olmayan müəllimlər kompüterlə təmin edilib.Tələbələrlə fərdi və ümumi söhbət aparılıb, internet imkanı olmayantələbələr internetlə təmin olunacaq", - deyə o bildirib.

Bakı Dövlət Universitetinin mətbuat katibiKəmalə Quliyeva qeyd edib ki, BDU onlayn tədris prosesinə yüksəksəviyyədə hazırdır.

"2021-ci ildən BDU-da "Blackboard" rəqəmsal tədrisplatformasının tətbiqinə başlanılıb. COP29 günlərində onlayn tədrisdə bu sistem vasitəsilə həyata keçiriləcək", - deyə o əlavəedib.

Azərbaycan Texniki Universitetinin (AzTU)mətbuat katibi Sevinc İsgəndərova vurğulayıb ki, AzTU artıqpandemiya dönəmindən onlayn tədris təcrübəsini uğurla həyatakeçirib.

"Ona görə də düşünürəm ki, universitet olaraq onlayn tədrisprosesinə tam hazırıq. Bunun üçün bütün imkanlar mövcuddur", - deyəo bildirib.

Azərbaycan İqtisad Universitetinin (UNEC)ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edibki, universitetdə təhsilin distant şəkildə təşkili üçün bütünimkanlar mövcuddur.

"2018-ci ildə UNEC-də "Extern" Mərkəzi yaradıldı. Pandemiyadövründə dərslər onlayn formata keçdiyi zaman UNEC fasiləsiz olaraqdərslərin onlayn təşkil edilməsini "Extern" Mərkəzi tərəfindəntəmin etdi. İndi də dərslərin distant şəkildə təşkil edilməsi üçünheç bir maneə yoxdur. Dərslərin distant şəkildə tədrisi üçün bütünlazımi tədbirlər görülüb, şərait yaradılıb", - deyə o bildirib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuatxidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki,COP29-labağlı ADU distant təhsilə keçəcək və bununla bağlı heç bir çətinlikyoxdur.

"Yaxın keçmişdə onlayn təhsillə bağlı təcrübəmiz oldu.Universitet bütün maddi-texniki avadanlıqlarla təmin olunub. COP29konfransı zamanı isə universitet tərəfindən distant təhsil yüksəksəviyyədə təşkil olunacaq", - deyə o bildirib.

Seçilən
27
6
az.trend.az

7Mənbələr