Bakı. Trend:
"Əl-Hilal"ın ulduzu Neymar 1 ildən sonra yaşıl meydanlaraqayıdıb.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, braziliyalı futbolçu Asiya Çempionlar Liqasının IIIturunda meydana çıxıb.
O, "Əl-Ayn"la (BƏƏ) görüşün 77-ci dəqiqəsində əvəzetmədənmeydana daxil olub. Matç Neymarın komandasının 5:4 hesablı qələbəsiilə başa çatıb.
Qeyd edək ki, Neymar 369 gün əvvəl Braziliya millisininDÇ-2026-nın seçmə mərhələsinin Uruqvayla görüşündəzədələnmişdi.