AZ

"Bu günə olan müraciət üzərindən imtina sayı sıfra bərabərdir"

“COP29-un yaşıl zonasına akrreditasiya üçün müraciət edən mətbuat nümayəndələrindən hələ ki, imtina alan olmayıb”.

Bunu jurnalistlərə açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bildirib.

O qeyd edib ki, mavi zonaya qeydiyyat isə COP29 sədrliyini həyata keçirən ölkə tərəfindən icra olunmur:

“Yaşıl zona akkreditasiyasına 150-dən çox müraciət daxil olub. Bu günə olan müraciət üzərindən imtina sayı sıfra bərabərdir.

BMT-nin aidiyyəti qurumu mavi zonada akkreditasiyanı həyata keçirir. COP29 sədrliyi buna müdaxilə eləmir”.

Seçilən
52
sportinfo.az

1Mənbələr