AZ

İsrail ordusu Livana 235 hava zərbəsi endirib - Son 48 saat ərzində 

İsrail ordusu Livanı bombardman edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA son məlumatı yayıb.

Agentlik yazıb ki, İsrail ordusunun ölkəyə hücumları səbəbiylə itkiləri artıb: "Təkcə İsrail döyüş təyyarələri son 2 gündə Livana 235 hücum həyata keçirib. Nəticədə xeyli ölən və yaralanan olub. İsrailin Livandakı hücumları nəticəsində indiyədə ümumilkkdə 2 min 483 nəfər həlak olub".

Məlumata görə, İsrailin hücumları nəticəsində köçkün vəziyyətinə düşmüş vətəndaşlar üçün yaradılan sığınacaq mərkəzlərinin sayı 1094-ə yüksəlib: "191 912 nəfər bu mərkəzlərə yerləşdirilib. 23 sentyabr -21 oktyabr tarixləri arasında 486 min 679 nəfərin Livandan Suriyaya qaçıb. Onlardan 341 min 849-u Suriya, 144 min 830 nəfəri isə Livan vətəndaşıdır".
 
Tahir Şəlvəli

MİA.AZ

Seçilən
10
1
mia.az

2Mənbələr