AZ

Oturaq işin sağlamlığa təsiri...

Bir qisim insanların iş həyatı kabinetdə oturmaqdan ibarətdir.

Yəni   oturaq vəziyyətdə işləyənlərin sayı az deyil.

Ancaq həkimlər bildirir ki, davamlı opturaq iş sağlamlığa ziyandır.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, hər gün 10 saat oturmaq ömrü 8 il azaldır. Oturaq iş rejimi olanların ürək-damar sistemində və fəqərə sütununda ciddi problemlərə səbəb olur:

“Uzun müddət oturduqda fəqərələr arasındakı disklər çökür , bu zaman onurğada olan disklərin qidalanması zəifləyir. Fəqərələrarası disk yırtıqları protuziyalar, qabarmalar və s. kimi ciddi problemlərə aparıb çıxarır. Gələcəkdə bu kimi problemlə qarşılaşmamaq üçün çalışanlar iş otağında müəyyən sadə hərəkətlər – yanlara, önə doğru əyilmə, oturub-qalxma hərəkəti etməlidir”.

Sevinc

Seçilən
21
hit.az

1Mənbələr