AZ

Nənəsigilə qonaq gedən yeniyetmə binadan yıxılıb VİDEO

Bakıda nənəsigilə qonaq gedən yeniyetmə yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində, keçmiş məcburi köçkünlər üçün salınan şəhərcikdə baş verib.

Yeniyetmənin anası Elnura Süleymanova deyir ki, hadisə bir anda onun gözləri önündə baş verib. Ana yıxılmanın qarşısını almaq üçün reaksiya versə də, bu mümkün olmayıb. 14 yaşlı Hüseynzadə Fərid mənzilin eyvanından yerə çırpılıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Ağır xəsarətlər alan uşaq Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Kliniki Tibbi Mərkəzin cərrahı Murad Əlibəyov deyir ki, yıxılmadan sonra yeniyetmədə daxili qanaxma olub.

O da bildirilib ki, xəstənin vəziyyəti hazırda stabildir. Çanaq sümüyündə olan sınıqlar birləşmə fazasındadır. Bir neçə gün sonra evə ambulator müalicəyə buraxılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
21
xezerxeber.az

1Mənbələr