AZ

Çarpayı qadının ölümünə səbəb oldu - FOTO

Böyük Britaniyada çarpayı gənc qadının ölümünə səbəb olub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 uşaq anası plan Helen Deyvi faciəvi şəkildə evində həlak olub. Belə ki, qadın çarpayını qaldıraraq, baza hissəsində olan qutulardan nəsə götürərkən, mexanizm yatağı saxlamayıb və o, qadının üzərinə aşıb.

Ağır matraslı çarpayı qadının boynunu sıxıb və o, boğularaq ölüb. Bir müddət ailə üzvlərinin bundan xəbəri olmayıb. Hadisədən əvvəlcə onun 11 yaşlı böyük qızı xəbər tutub.

Yerli hökumət mebel istehsalçıları qarşısında bu kimi çarpayıların mexanizmlərinin daha möhkəm və təhlükəsiz olması tələbini irəli sürüb. Əks təqdirdə Helen kimi çox qadın və uşaqlar belə bədbəxt hadisələrin qurban ola bilər.

Aygün Musayeva, BakuPost

Seçilən
33
2
bakupost.az

3Mənbələr