AZ

Roberto Mançini postundan kənarlaşdırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi italiyalı mütəxəssis Roberto Mançininin istefa qərarı bu gün rəsmən açıqlanacaq.
Oxu.Az xəbər verir ki, cəmi bir il ərəbləri çalışdıran baş məşqçi ilə anlaşma birtərəfli qaydada pozulduğu üçün ona 25-30 milyon avroluq təzminat ödənəcək.
Səudiyyə Ərəbistanı yığması Mançininin rəhbərliyi altında son beş matçda yalnız bir qələbə qazanıb. Üstəlik, Bəhreynlə son oyunda (0:0) Mançini öz komandasının azarkeşlərinə - "lənətə gələsiniz", - deyə qışqırıb ki, bu da tərəfdarların kəskin etirazına səbəb olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı federasiyasının prezidenti də nəticələrin qəbuledilməz olduğunu bildirib.
Seçilən
25
oxu.az

1Mənbələr