AZ

Putin və Ərdoğan Kazanda hansı məsələləri müzakirə edəcək?

“​Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək görüşdə qaz qovşağının yaradılması imkanlarını da müzakirə edəcəklər”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qaz sahəsində türk tərəfdaşları ilə səmərəli əməkdaşlıq qurulub, Qara dənizin dibində yerləşən “Mavi axın” və “Türk axını” boru kəmərləri stabil işləyir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, oktyabrın 22-dən 24-nə qədər Kazanda BRICS sammiti baş tutacaq. Türkiyə liderinin də toplantıda iştirakı gözlənilir.//Qafqazinfo

Seçilən
0
11
konkret.az

10Mənbələr